SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib. Aktiv xəstə sayı 1979 nəfərdir.

BAKU.WS