“Media sahəsində, AZTV, iTV və digər sahədə çalışan jurnalistlər də öz həyatlarını itiriblər. Allahdan onlara rəhmət diləyirəm”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası başlanandan bu günə qədər Azərbaycan jurnalistikası ön cəbhədədir.

“Bundan başqa, sosial şəbəkələrdə dublyaj xarakterli filmlər çəkilir. Bəzən satirik filmlər də olur. Biz bunu da normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir nəfər var.

Onun fəaliyyətini, həqiqətən də, çox yüksək qiymətləndiririk. Satira Azərbaycan xalqının mədəniyyətində ən vacib özəlliklərdən biridir. Belə insanlara Operativ Qərargahın fəaliyyətinə göstərdikləri diqqətə görə minnətdarlığımızı bildiririk.

Mən şəxsən Ərtoğrulun hazırladığı filmləri izləyirəm və bəyənirəm. Həmin şəxsə təşəkkür edirəm. Hətta onunla görüşməyə və Prezident Administrasiyasına dəvət etməyə hazırıq”.

BAKU.WS