VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib. Təmas halı orada baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.

O bildirib ki, məhbuslar arasında yoluxma halı ictimaiyyətə mütəmadi çatdırılır.

“Məhbuslar arasında tək-tək yoluxma halı var. Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”, - deyə İ.Qurbanov vurğulayıb.  

BAKU.WS