VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər. Həmçinin kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub.

Eyni zamanda, Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də müəyyən edərək cərimələyiblər.

Sumqayıt şəhərində karantin rejimi qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları nəzarəti bundan sonra da mütəmadi olaraq davam etdirəcək.

Təsdiq edilən sanitar-gigiyenik və karantin rejimi qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcək.

BAKU.WS
VİDEO