Avqustun 5-dən SMS-icazə ləğv ediləcək - Toylar isə...

Avqustun 5-dən SMS-icazə ləğv ediləcək - Toylar isə...
Sosial 78237

"Hesab edirəm ki, yoluxma sayı 2 rəqəmliyə düşsə, müəyyən mexanizmlər tətbiq etməklə toy şənliklərinin keçirilməsi mümkün olar".

BAKU.WS xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, toy, yas mərasimləri daha çox insanların toplaşdığı yerlər və xəstəliyin yayılması üçün ən münbit şəraitin yaranacağı yerdir:"Biz də çox gözləyirik, qohum-tanışlarda toy edəsi adamlar çoxdur. Toylara 500-1000 adam gəlir, odur ki təhlükəlidir. Onun da mexanizmini işləyib hazırlaya bilərlər. Hələ tezdir, 10 gün vaxt var, bu müddətə çox sey dəyişə bilər".

Cəlal İsayev bildirib ki, avqustun 5-i karantin bitmir:

"Sadəcə olaraq, insanların SMS-lə deyil, daha sərbəst şəkildə işlərinə getməsi mümkün olacaq. Əgər proses bu cür davam eləsə, bir sıra iş yerləri də açıla bilər. Həm sağalmada, həm də yoluxmada günü-gündən ümidverici rəqəmlər açıqlanır".

Oxşar xəbərlər

8103 icazə sistemi ilə bağlı yeni AÇIQLAMA

8103 icazə sistemi ilə bağlı yeni AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı...

9853 Sosial 22:15 04 iyul 2020

Son xəbərlər