Koronavirusa yoluxan məhkumların sayı açıqlandı

Cəzaçəkmə müəssisələrindəki epidemioloji vəziyyətlə bağlı son məlumatlar açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
O qeyd edib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 8 məhkumda, qadınların olduğu 4 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumda koronavirus aşkarlanıb.
Onlardan 2 nəfər şərti buraxılaraq müalicə almaq üçün TƏBİB-ə təhvil verilib.
Bundan başqa, Penitensiar Xidmət əməkdaşları arasında da yoluxma faktları aşkarlanır və onlar nəzarətə götürülürlər.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...
