Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı

08
iyl
2020
12:28
Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, rəis bir neçə gündür xəstəxanada müalicə alır.
Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.
Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur.
Deputat Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib:
“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.
Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...
