Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.
Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir:
"Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".
Oxşar xəbərlər
Azərbaycanda daha bir xəstəxana koronaviruslu xəstələr üçün ayrıldı
Bu gündən Göyçay Rayon Mərkəzi Xəstəxanası "COVİD-19"la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, Göyçay...
