Hikmət Hacıyev: Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir

Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.
O bildirib ki, Azərbaycan bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir. H.Hacıyev vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdə gördüyü ən mühüm işlərdən biri də dövlət başçısının BMT Baş Assamleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü idi.
Təşəbbüsün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsini vurğulayan H.Hacıyev bildirib ki, bu, Azərbaycan dövlətinə olan etimadın və hörmətin bariz nünuməsidir.
Oxşar xəbərlər
XİN sözçüsü: "Prezidentin təşəbbüsü beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur" - MÜSAHİBƏ
BAKU.WS Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın müsahibəsini təqdim edir. - Ölkəmizin dövlət başçısının BMT Baş As...