VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

125 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.

BAKU.WS