SİZİN REKLAM BURADA!
055 213 76 73


"Operativ Qərargahın ümumi rəy bundan ibarətdir ki, yaranmış situasiya Azərbaycanda karantin rejiminin sərtləşdirilməsinə əsas vermir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüşlər olsa da, Operativ Qərargah ölkədə sərtləşməyə qayıtmağı zəruri saymır. 

İbrahim Məmmədov həmçinin bildirib ki, hazırkı vəziyyətdə karantin rejimin yumşaldılması yaxud ləğv edilməsi də mümkün deyil.

BAKU.WS