Ramazan Bayramının namazı bu qayda ilə qılınacaq - TARİX BİLİNDİ

Ramazan Bayramının namazı bu qayda ilə qılınacaq - TARİX BİLİNDİ
Sosial 5426

"Koronavirusla əlaqədar dünyanın bütün ölkələrində dini məbədlərin fəaliyyəti məhdudlaşdırılıb. İnsanlara da dini ayinləri evlərində keçirmələri tövsiyə olunub və onlar da buna riayət edirlər. Hər kəs başa düşür ki, kütləvilik virusun yayılmasına səbəb ola bilər".

BAKU.WS xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yeni TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı verdiyi fitvada da dini ayinlərin evdə keçirilməsi qeyd olunub: "Bütün işlər də buna uyğun icra olunur".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Azərbaycanda Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramına təsadüf edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər