COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKU.WS