Azərbaycanda bir sutka ərzində karantini pozan 1 251 sürücü cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bir sutka ərzində 1 251 sürücü cərimələnib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 24.04.2020-ci il saat 00:00-dan 25.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 251 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38 766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayı...