Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxub, 41 nəfər sağalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasında 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 1 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda 25 nəfər koronavirusa yoluxub, 122 nəfər sağalıb, 1 nəfər ölüb
"Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb". Nazirlər Kabinet...