Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildirilir ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır.

Bir daha vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağrılır.

Hava şəraitindən asılı olmayaraq, DİN əməkdaşları xüsusi karantin rejim qaydalarını mühafizə edir, tələb olunan normaları tənzimləyir.

BAKU.WS
QALEREYA