Şəmkir rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məqsədyönlü, sürətli və operativ tədbirlər görülür.

Bu barədə BAKU.WS-in bölgə müxbirinə Şəmkir rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən, görülən işlərin yüksək səviyyədə və daha çevik yerinə yetirilməsi üçün RİH tətəfindən Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bütün lazımi avadanlıqlarla təchiz olunub.

100 nəfərdən ibarət 56 qrup yaradılıb, maşın və avadanlıqlar yüksək iş qabiliyyətinə gətirilib.

Şəmkir rayonu ərazisində Gigiyena və Epidemiologiya Mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə ictimai yerlərdə, xüsusən insanların sıx məskunlaşdığı ərazilərdə koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə genişmiqyaslı dezinfeksiya işləri aparılır.

Rayonda insan əli toxuna biləcək bütün ərazilər - yaşayış binaları, fərdi evlər, banklar, idarə, müəssisə və təşkilatlar, küçələr, parklar, avtobus dayanacaqları, ictimai nəqiliyyat dezinfeksiya olunub.

Eyni zamanda ilk dəfə olaraq yeni yuyucu məhlulla Şəmkir küçələrində də dezinfeksiya işləri aparılıb.

BAKU.WS
QALEREYA