Zülfiyyə Xanbabayeva: "Dualarımızı əksik etməyək!"

Xalq artisti Zülfiyyə Xanbabayeva yaşadığımız çətin dövrün bir təsadüf olmadığını düşünür. BAKU.WS xəbər verir ki, koronavirus təhlükəsilə tətbiq edilən karantin rejimindən bəhs edən ifaçı hər kəsi qaydalara əməl etməyə və dərindən düşünməyə çağırıb:"Günlərdir düşünürəm. Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən...Bir birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə? Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq bəlkə?!Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən yox, panikadan yox, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək.İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil! Dualarımızı əksik etməyək!"#evdəqal
Oxşar xəbərlər
Mehriban Əliyevadan xalqa çağırış: “Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir”
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirus epidemiyasının ölkədə yayılması ilə bağlı Azərbaycan xalqına çağırış edib. Mehriban-aliyeva.az saytında yay...