SİZİN REKLAM BURADA!
055 213 76 73


15 yaşlı qızı və özü koronavirusa yoluxan Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov səhhəti barəsində danışıb.

BAKU.WS xəbər verir ki, "ATV Xəbər"ə qoşulan Şahin Abbasov son vəziyyəti ilə bağlı məlumat verib.

"Mən dərhal koronavirusla bağlı yaradılan qaynar xəttə zəng vurdum. Telefonda mənə suallar verdilər. Mənə analiz verməli olduğumu söylədilər. Dünən axşam analizin cavabı pozitiv çıxdı. 8 gündür ki, bu vəziyyətdəyəm.

Özümü ağır qripə yoluxmuş kimi hiss edirəm. Vəziyyətim ağır olmadığına görə evdə müalicə alıram. Mənə ətraf mühitlə təmas qadağan qoyulub".

Qeyd edək ki, Almaniyada koronavirusdan son sutka ərzində daha 66 nəfər həyatını itirib. Ölkədə virusdan ölələrin sayı 541 nəfərdir. Son sutka ərzində bu ölkədə daha 4751 nəfər virusa yoluxub. Bununla da, ölkədə koronavirus daşıyıcılarının sayı 62500-ə çatıb.

Qeyd edək ki, yoluxma faktı daha çox Bavariya, Şimali Reyn-Vestfaliya, Baden-Vütemberq və Berlində qeydə alınıb

BAKU.WS
VİDEO