Bu gündən Bakı metrosu beş saat işləyir - VİDEO

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə bildirilib.
Qərara görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Metronun isə fəaliyyət saatları azaldılıb.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
Ticarət obyektləri üzrə:
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
İctimai iaşə obyektləri üzrə:
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
Əhalinin hərəkəti üzrə:
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Ticarət obyektləri və restoranlar yalnız bu şərtlə işləyə biləcək
Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar alıb. BAKU.WS xəbər verir ki, alınan yeni qərara əsasən 2...
