Azərbaycanda vəzifəli şəxs koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib?

Cəlilabad rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
BAKU.WS İnterAz-a istinadən xəbər verir ki, icra başçısının müavinində koronavirusun simptomları aşkarlanıb.
Dilavərov Alıcı dərhal karantin qaydalarına riayət edilərək, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan altı nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinad...