“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

26
mar
2020
15:44
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
BAKU.WS xəbər verir ki, bu məqsədlə “CinemaPlus” tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.
Oxşar xəbərlər
Koronavirusla Mübarizəyə Dəstək Fonduna kim nə qədər pul köçürüb? - SİYAHI
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılıb. BAKU.WS xəbər verir ki, fondun məq...
