SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 839 vaksin vurulub.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 314, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 172, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 113, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.

Qeyd edilir ki, vurulan peyvəndlərin ümumi sayı 13 827 603, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 294, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 858 790, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 344 797, pozitiv nəticədən sonra "buster" doza üzrə peyvənd olunanların sayı 255 722 nəfərdir.

BAKU.WS