Sentyabrda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

30
iyn
2022
11:26
"Əslində sentyabrda qapanmaların olacağı barədə iddialar bir ehtimaldır. Çünki payız aylarında adətən soyuqdəymə xəstəlikləri artır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professorun sözlərinə görə, reallıq budur ki, hazırda mutasiyanın yaratdığı bu dalğa artarsa, sentyabrda müəyyən qapanmalara gedilə bilər:
"Bu ilk növbədə kütləvi tədbirlərə aid olacaq. Bu qapanmanın mahiyyəti təmasları azaltmaq olacaq. Hesab edirəm ki, toylar, yaslar və kütləvi tədbirlərlə bağlı qapanma tədbirləri görülə bilər".
Oxşar xəbərlər
Həkim: “Avqustda IV dalğa olacaq, “evdə qal” kampaniyası yenidən gözlənilir” - VİDEO
“Azərbaycanda IV dalğanın avqustun ortasından sonra baş verməsi gözlənilir”. Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bild...
