13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Azərbaycanda son sutkada 2 896 nəfər vaksinasiya olunub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 272, ikinci doza vaksinlərin sayı 254 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 112-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 687 648, birinci doza peyvəndlərin ümumi sayı 5 343 839, ikinci doza vaksinlərin sayı 4 844 047 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 256 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 142 olub.

BAKU.WS