SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada 3 308 nəfər vaksinasiya olunub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, gün ərzində birinci doza vaksinlərin sayı 300, ikinci doza vaksinlərin sayı 305 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 409-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 294 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 669 883, birinci doza peyvəndlərin ümumi sayı 5 341 971, ikinci doza vaksinlərin sayı 4 842 230 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 244 010, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 241 672 olub.

BAKU.WS