SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 117 vaksin vurulub.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 413 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 602 359, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 020, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 193 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 964 nəfər təşkil edir.

BAKU.WS