SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 804 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 862, ikinci doza vaksinlərin sayı 1 354 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 624-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 964 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 263 746, birinci doza peyvəndlərin ümumi sayı 5 314 246, ikinci doza vaksinlərin sayı 4 803 742 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 926 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 219 091 olub.

BAKU.WS