VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 30 796 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 389, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 233, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 978 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 787 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 774 963, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 318, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.

BAKU.WS