SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda iki ali məktəbdə koronavirusa yoluxma halı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Facebook”da “Azərbaycan Universitetləri” səhifəsində qeydə alınıb.

Bildirilir ki, Azərbaycan Dillər Universitetinin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçib.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 qrupunda tələbələrdə koronavirus aşkarlandığı üçün qruplar 14 gün müddətində distant təhsilə keçib.

BAKU.WS