SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb.

BAKU.WS xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir.

Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur.

Bəs onları necə fərqləndirməli və hər iki halda immuniteti necə qaldırmalıyıq?

Məsələ ilə əlaqədar pediatr Telman Aytayev AZTV-yə açıqlamasında uşaqlarda immunitetin qaldırılmasının əsas məqam olduğunu vurğulayıb.

“Uşaqlarda immunitetdə ciddi problemlər yarada bilər. Bu da xəstəliyin daha ciddi keçirilməsinə səbəb ola bilər. Uşaqlarda D vitamini yoxlanılmalıdır və əgər əksiklik varsa, düzgün şəkildə müalicə olunmalıdır”, - deyə həkim bildirib.

Mütəxəssislər tərəfindən immuniteti gücləndirən ən effektli vasitələrdən biri də meyvə və tərəvəzlərdən istifadə edilməsidir.

Terapevt Nahid Məhərrəmov bildirib ki, gün ərzində insana 8 saat yuxu rejimi lazımdır. Səhər vaxtında yemək lazımdır.

Rejimlə qidalanmaq mütləqdir. Bol ilıq maye qəbul edilməlidir. Meyvə və tərəvəzə üstünlük verilməlidir.

BAKU.WS
VİDEO