Azərbaycanda vaksin olunanların sayı 2 milyon 700 mini ötdü

Azərbaycanda vaksin olunanların sayı 2 milyon 700 mini ötdü
Sosial 132

Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 068 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 702 023-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə isə 953 988 nəfər təşkil edir.

Son xəbərlər