SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 735 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 321 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 031 təşkil edir.

BAKU.WS