SİZİN REKLAM BURADA!
055 213 76 73


"Moderna" şirkətindən koronavirusun Braziliya və Cənubi Afrika ştamlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açqılama verilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu sınaqların ilkin nəticələri göstərib.

Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından altı ilə səkkiz ay sonra əlavə doza alıblar.

15 gündən sonra analizlər COVID-19-un yeni ştamlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozaya bədənin dözümlüyünü də qeyd edib.

Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini deyib.

BAKU.WS