SİZİN REKLAM BURADA!
055 213 76 73


"Vaksinasiya edilən xəstəxanalar hər bir təchizatla təmin olunmalıdır. Çünki hər hansı bir reaksiya zamanı erkən müdaxiləyə ehtiyac yarana bilər".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayeva bildirib.

O əlavə edib ki, vaksin olunduqdan sonra ən azı 30 dəqiqə müddətində insanlar xəstəxanada gözləməlidir: "Bundan sonra vaksin vurulan şəxslər evə buraxılmalıdır. Əgər birinci dozada hər hansı allergik reaksiya, çox halsızlıq müşahidə olunarsa, ikinci dozanı vurdurmağa ehtiyac yoxdur".

BAKU.WS
VİDEO