Bakıda 40 yaşlı məktəb müəlliməsi koronavirusdan vəfat edib - FOTO

14
apr
2021
20:05
Bakıda daha bir müəllim koronavirusdan vəfat edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Lalə Kərimova 40 yaşında dünyasını dəyişib.
O, bir müddət əvvəl COVID-19-a yoluxubmuş.
Qeyd edək ki, Kərimova Lalə Rafiq qızı 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Müstəqil Azərbaycan Universitetində təhsil alıb.
Xatırladaq ki, aprelin 10-da 20 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi İradə Tağıyeva da koronavirusdan dünyasını dəyişib.
Qalereya
Oxşar xəbərlər
Teledərslərin sabaha olan cədvəli
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının 11 may tarixinə olan cədvəli açıqlanıb...
