SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa qarşı peyvənddən bir müddət əvvəl və sonra alkoqol qəbulu ciddi fəsadlara yol aça bilər. Məlum olub ki, vaksinasiyadan sonra spirtli içkilərdən istifadə edənlər peyvəndin effektini görməyə də bilərlər.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı məsələyə infeksionist Vüqar Cavadzadə aydınlıq gətirib.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirdi ki, vaksin vurulan şəxslər bir müddət spirtli içkilərin qəbulundan çəkinməlidirlər. Çünki spirtli içkilər peyvəndləmədən sonra orqanizmdə immunitetin formalaşmasında ciddi fəsadların yaranmasına səbəb ola bilər.

İnfeksionist Vüqar Cavadzadə deyir ki, spirtli içkilərin qəbulu orqanizmdə ayrı-ayrı orqanların fəailiyyətinə mənfi təsir göstərdiyindən insanların infeksion və qeyri-infeksion xəstəliklərə qarşı dözümünü azaldır.

Vüqar Cavadzadə onu da əlavə etdi ki, vaksinasiyadan sonrakı dövrlərdə siqaretin çəkilməsi də immunitetin formalaşmasına mənfi təsir göstərən amillərdən biridir. Vaksinasiyadan əvvəl və ya sonra immunitetin daim yüksək saxlanılması üçün təbii qidalara üstünlük verilməlidir.

Qeyd edək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Bu prosesə ilkin olaraq tibb işçiləri cəlb olunub.

BAKU.WS
VİDEO