SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2890 nəfər vəfat edib, aktiv xəstə sayı 14 072 nəfərdir.

Ölkədə son sutka ərzində 9264, hazırkı dövrədək isə 2 259 555 test aparılıb.

BAKU.WS