SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkədə COVID-19 testindən keçən hər 5 nəfərdən 1-də infeksiya aşkarlanır.

TƏBİB-in işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu barədə "XəzərXəbər”ə açıqlama verib. Qurum rəsmisi bildirib ki, hazırda gündəlik yoluxma halları 3 mindən çoxdur. Ancaq bu rəqəm də reallığı əks etdirmir. Çünki, testlərin sayı artırıldığı təqdirdə virusa yoluxanların da sayı artacaq.

TƏBİB-dən həyəcan siqnalı. Ölkədə aparılan hər 5 COVID-19 testindən 1-i pozitiv çıxır.

TƏBİB-in İnfeksiyon Xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyir ki, pandemiya başlandiği vaxtdan indiyədək ölkədə ən çox yoluxma faktı ötən həftə qeydə alınıb. Hazırda gündəlik yoluxma sayı 3 mindən yuxarıdır. Bu da epidomoloji vəziyyətin ciddiliyindən xəbər verir.

Götürülən koronavirus testlərinin təxminən 20 faizə yaxını müsbətdir. Ancaq realda bu rəqəm daha artıq ola bilər.

İşçi Qrupun üzvü deyir ki, epidomoli vəziyyət belə davam edərsə səhiyyə sistemində ciddi problemlərlə üzləşə bilərik. Ona görə də, vətəndaşlar məsuliyyətli davranmalı və tələb olunan sanitar qaydalara əməl etməlidilər.

BAKU.WS
VİDEO