UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"ı 3-0 hesabı ilə məğlub edib
Matç London təmsilçisinin3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
***"Tottenhem" "Qarabağ"ın qapısından 3-cü qolu keçirir.
***"Tottenhem" - "Qarabağ" matçında ev sahibləri ikinci qolu vurublar.
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyunund hesab açılıb.
***23:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda meydan sahiblərinin futbolçusu qırmızı vərəqə ilə cəzalanıb.
"Tottenhem Hotspur" stadionunda davam edən qarşılaşmanın 7-ci dəqiqəsində Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə meydandan qovulub.
Matçı fransalı baş hakim Villi Delajo idarə edir.
Qeyd edək ki, görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb.
***23:34
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.
Tərəflər arasında qarşılaşma "Tottenhem Hotspur" stadionunda keçirilir.
Matçı fransalı baş hakim Villi Delajo idarə edir.
Oxşar xəbərlər
"Qalatasaray"dan göndərilən Zaha Fransada da sərt tənqid olunur
Keçən mövsümün əvvəlində böyük ümidlərlə "Qalatasaray"a transfer olunan Vilfrid Zaha enişli-çıxışlı performansı və baş məşqçi Okan Burukla yaşadığı problemlərdə...