"Qarabağ"ın London səfəri - Təmsilçimizin şansı necə qiymətləndirilir?

Qarabağın London səfəri - Təmsilçimizin şansı necə qiymətləndirilir?
İdman 201

Təmsilçimiz "Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq.

Londondakı "Tottenhem Hotspur" stadionunda "Tottenhem"ə qarşı keçiriləcək bu matç dünya futbolsevərlərinin də gündəmindədir.

BAKU.WS Championat.com-a istinadən xəbər verir ki, mütəxəssislər "Qarabağ"ın "Tottenhem"lə matçda şanslarını dəyərləndirib.

Təəccüblü deyil ki, "Tottenham" açıq-aydın favorit hesab olunur.

Müqayisə üçün "Qarabağ"ın qələbəsi bukmeker kontorlarında 18.0 (5%), heç-heçə isə 8.40 (11%) əmsalı ilə təqdim olunur.

Ümumilikdə 2,5-dən yuxarı qol 1,35 əmsalla, 2,5-dən az qol isə 3,20 əmsalla mövcuddur. Təmsilçimizin qolu şübhə altındadır və yalnız 52% ehtimal verilir.

Ancaq ev sahibi komandanın ən azı iki top fərqi ilə qələbəsi 1,47 əmsalı ilə qiymətləndirilir. Bu da təqribən 70% ehtimaldır.

Xatırladaq ki, matç Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Son xəbərlər