Azərbaycanlı keçmiş atlet Türkiyə millisinin baş məşqçisi təyin olunub
19
dek
2024
16:05
Azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı keçmiş atletin özü məlumat verib.
R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.
Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olub.
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" – "Araz-Naxçıvan" oyununun hakimləri açıqlanıb
Misli Premyer Liqasının XVIII turunda keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun hakimləri açıqlanıb. Turun mərkəzi qarşılaşmasını Rəvan Həmzəzadə idarə e...