Taksidən istifadə edənlərin DİQQƏTİNƏ! AYNA xəbərdarlıq etdi
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.
BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.
"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
Jurnalist Həmid Həmidov "Danışaq?" proqramının yeni buraxılışında növbəti videomüsahibəni təqdim edib. BAKU.WS xəbər verir ki, podkastın qonağı tanınmış Azərbay...