Şuşada ilk körpə dünyaya gəlib
İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
BAKU.WS xəbər verir ki, Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır.
Doğulan körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.
Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, tibb müəssisəsinin həkimləri tərəfindən T. Xamıyevanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...