Qazaxın işğaldan azad olunan yeni kəndləri kameralar vasitəsi ilə müşahidə olunur
Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndləri kameralar vasitəsi ilə müşahidə olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı diviziyanın komandiri general-mayor Misir Əliyev deyib.
O bildirib ki, "Qazax" Əlahiddə Sərhəd divziyasında 1000-dən çox kamera fəaliyyət göstərir:
"Bura Qazaxın yeni işğaldan azad olunan kəndləri də daxildir. Diviziya ərazisində sərhədlərin mühafizəsi üçün termal, eləcə də digər kameralardan istifadə olunur. Bu kameralar müşahidə məntəqələrindən izlənilir. Həmçinin, DSX rəisi xidməti otağından bu kameralar vasitəsi ilə nəzarət olunan ərazilərə baxa bilir".
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...