Qarabağ Universitetinin yeni korpusları YARADILIR
"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Şuşa şəhərində başlamaqla, 2026-cı ilin sentyabrına planlaşdırılmaqla Musiqi və incəsənət, Turizm fakültələri üçün bina inşa olunacaq:
"Bununla yanaşı, 2025-2026-cı ildə başlamaqla, 2027-ci ilin sentyabrında Kənd təsərrüfatı fakültəsi üçün Xocalı şəhərində binanın istifadəyə verilməsi planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində hər hansı korpusunun olması nəzərdə tutulmur".
Oxşar xəbərlər
AYNA: Bayramda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsəd...