Paytaxtda küçədə çılpaq gəzən şəxs xəxtəxanaya yerləşdiriləcək

Paytaxtda küçədə çılpaq gəzən şəxs xəxtəxanaya yerləşdiriləcək
Sosial 460

Paytaxt ərazisində küçələrdən birində lüt kişi görüntülənib.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə görüntülər daxil olub. Qeyd edilib ki, video Xətai rayonunda çəkilib.

Kimliyi naməlum şəxs əynində heç bir geyim olmadan çılpaq şəkildə küçədə addımlayıb.

Sözügedən görüntü ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin şəxs müəyyən edilib və tibb müəssisəsinə yerləşdiriləcək:

"Qeyd edilən görüntülərdəki şəxs 1990-cı il təvəllüdlü V.Ş müəyyən olunub. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq."

Son xəbərlər