Metrodan istifadə edənlərin NƏZƏRİNƏ! - Yeni stansiya...

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ! - Yeni stansiya...
Foto Açıqlama
Sosial 886

Bakıda Cəlil Məmmədquluzadə küçəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı "B-04" olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasının nə vaxt istifadəyə veriləcəyi maraqla gözlənir.

BAKU.WS xəbər verir ki, buna qədər yeni stansiyanın gələn il istifadəyə veriləcəyi açıqlanmışdı.

Yeni stansiyada aparılan işlərin nə vaxt yekunlaşacağını dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-yə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, "B-04" stansiyasında inşaat işləri fəal getmir:

"Biz elan etmişdik ki, yeni stansiya 2025-ci ilin sonuna qədər istifadəyə veriləcək. Lakin iki ay öncə elan olunduöu kimi maliyyə səbəbindən tikintinin həcmi məhdudlaşdırılıb. Bu səbəbdən həmin stansiya ərazisində tikinti işləri fəal getmir.

Qarşıdakı dövrdə məhz maliyyə, texniki nüanslar bir daha öyrəniləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək".

Məlumat üçün bildirək ki, "B-04" stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Onun dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə inşa edilir. Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd girişdən qəbul olunacaq.

Orxan Hüseyn

Son xəbərlər