Maştağa qəsəbəsində bu əraziyə 3 gündür su gəlmir - VİDEO

Maştağa qəsəbəsində bu əraziyə 3 gündür su gəlmir - VİDEO
Sosial 40

Bakının Sabunçu rayonunda yerləşən Maştağa qəsəbəsində sakinlər 3 gündür susuzluqdan əziyyət çəkirlər.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Söhbət Maştağa qəsəbəsi Savalan massivindən gedir. Sakinlər bildirir ki, 3 gündür onların evlərinə su gəlmir. Bu vəziyyət onları təngə gətirib və həyatlarını iflic edib.

Şikayətçilər qeyd edir ki, adiyyəti quruma müraciət etsələr də problem həllini tapmayıb.

Son xəbərlər