m10-un "BakıKart" bölməsində problem yaranıb - RƏSMİ AÇIQLAMA
07
okt
2024
11:18
"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində problem yaranıb. Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:
"Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq. Ümumən az insanda bu problem müşahidə edilib".
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...